Qubada sel sularının yaratdığı TƏHLÜKƏLİ VƏZİYYƏT - İki aydır çarə tapılmır
İki ay əvvəl selin yaratdığı fəsad hələ də aradan qaldırılmayıb, kəndə gedən yol dağılıb…
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Quba rayon mərkəzindən təxminən dğrd kilometr məsafədə yerləşən Almazqazmaları kəndinə gedən yol sel sularının təsirindən ciddi şəkildə zədələnib. Yolun bir hissəsi uçduğundan hərəkət zolağı xeyli daralıb.
Hazırda avtomobillər bu ərazidən böyük risklə hərəkət edirlər və sakinlər hər an qəza baş verə biləcəyindən narahatdırlar. Onların sözlərinə görə, artıq iki aydan çoxdur ki, vəziyyət bu şəkildə davam edir.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq. Qurumdan verilən məlumata görə, yağıntılar səngidikdən sonra sözügedən keçidin bərpasına başlanılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
Sentyabrın 11-dən etibarən 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III-sonuncu mərhələsinə start v...