Qobustanın təbiət abidəsi: Palçıq vulkanizmi ilə formalaşan Quşqaya

Qobustanın təbiət abidəsi: Palçıq vulkanizmi ilə formalaşan Quşqaya
Foto
Sosial 15

Qobustan rayonu ərazisində yerləşən Quşqaya Cəngi kəndindən 17 km cənub-qərbdə yerləşir.

BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, dəniz səviyyəsindən 326 metr yüksəklikdə olan qayanın uzunluğu 90, eni isə 50 metrə qədərdir.

Qobustanın təbiət abidəsi: Palçıq vulkanizmi ilə formalaşan Quşqaya

Yamaclarının meyilliliyi 60 dərəcədən çoxdur. Geoloji baxımdan palçıq vulkanizmi ilə əlaqəli formalaşmış bu relyef sahəsi Qobustanın mürəkkəb dağlıq landşaftının xüsusiyyətlərini əks etdirir.

Quşqayasından təxminən bir km şimal-şərqdə eyniadlı silsilə yerləşir. Kəskin parçalanmış relyefə malik silsilənin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 401 metr yüksəklikdədir.

Qobustanın təbiət abidəsi: Palçıq vulkanizmi ilə formalaşan Quşqaya

Silsilə cənub-şərqdən şimal-qərbə doğru təxminən üç km uzanır. Quşqaya Qobustanın palçıq vulkanları və dağlıq relyefi ilə seçilən ərazilərindən biridir.

Qobustan Rayon İcra Hakimiyyətinin məlumatlarında rayonun ümumilikdə mürəkkəb relyefə malik dağlıq ərazi olduğu qeyd edilir. Cəngi kəndi də rayonun inzibati ərazi vahidlərindən biridir.

Qobustanın təbiət abidəsi: Palçıq vulkanizmi ilə formalaşan Quşqaya

Qobustan rayonu ərazisində yerləşən Quşqayadan fotoreportajı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər