Qobustanda qəzalı körpünün söküntüsünə BAŞLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpünün sökülməsi ilə bağlı qərar qəbul olunub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, hazırda ərazidə yeni körpünün layihələndirilməsi və nəqliyyatın dayanıqlı təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu müddət ərzində təhlükəsizlik məqsədilə Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb, avtomobillər isə alternativ marşrut üzrə istiqamətləndirilib. Alternativ yol üzrə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili üçün aidiyyəti dövlət qurumları gücləndirilmiş rejimdə fəaliyyət göstərir, əraziyə davamlı nəzarət təmin olunur.
Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...