Qobu sakinləri üfunətə məhkum olublar: Kanalizasiya daşır, küçələri çirkab su basır
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Qobu qəsəbəsinin sakinləri uzun müddətdir ki, üfunət içində yaşamağa məhkum olublar.
Sakinlər Baku TV-yə deyiblər ki, təxminən üç aydan çoxdur onların evinin yaxınlığından keçən kanalizasiya xətti partlayıb, küçəni su basıb.
"Problem göz qabağındadır. Kanalizasiya daşıb. Gəlirlər, yalandan iki-üç gün əlləşirlər, yenə eyni vəziyyət olur", - deyə şikayətçilərdən biri narazılığını bildirib.
Mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Abşeron Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məlumat verilib.
Əraziyə birqada cəlb ediləcək, müvafiq işlər görülərək xətt bərpa olunacaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...