Qobu qəsəbəsində yollar bərbad vəziyyətdədir, işıq da yoxdur – Sakinlər şikayətçidir

Bakı şəhəri Qobu qəsəbəsinin bir neçə küçəsində yol şəraiti acınacaqlı vəziyyətdədir.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə sakinlər məlumat verib.
Onların sözlərinə görə, yolların bərbad olması səbəbindən hərəkət çətinləşib, xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır. Sakinlər bildirirlər ki, küçələrdə asfalt örtüyü demək olar yoxdur, çalalar və palçıq səbəbindən avtomobillər və piyadalar üçün hərəkət mümkünsüz hala düşür.
Bundan əlavə, gecə saatlarında küçələrdə işıqlandırma sistemi yoxdur. Qaranlıq səbəbindən ətrafda təhlükəli vəziyyət yaranır, sakinlər xüsusilə küçə itlərinin artmasından narahatdır.
Yerli sakinlər problemin həlli ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini desələr də, indiyə qədər heç bir tədbir görünməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışırıq.
Oxşar xəbərlər
Dəmirçi-Lahıc avtomobil yolu ÇÖKDÜ - Sürüşmə hər gün daha da ARTIR
Dəmirçi-Lahıc avtomobil yolunda çökmə baş verib. Yolun əsas hərəkət zolağı sürüşməyə məruz qalıb, iri yarğanlar yaranıb, asfalt qatı isə tamamilə sıradan çıxıb....
