“Qobu Park-2” yaşayış kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir - AÇIQLAMA

“Qobu Park-2” yaşayış kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir - AÇIQLAMA
Sosial 117

“Qobu Park-2” yaşayış kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir.

BAKU.WS iqtisadi.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl mətbuatda "bina əyildi, sakinlər təhlükədə" başlıqlı yazı dərc edilmişdi.

Redaksiyadan həmin əraziyə əməkdaş ezam edilib. İlk növbədə "Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş Kristal Abşeronun əməkdaşları ilə birlikdə əraziyə baxış keçirildi. Yayılmış görüntülər inşaat norma və qaydalarına əsasən 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dekorativ dəmir listlərin dəyişdirilməsi zamanı çəkilmişdir.

Şəkillərdə də göründüyü kimi sözügedən boşluğun aşağı hissəsindəki dekorativ dəmir list yerində qalıb, ortada bir hissəsində dəmir list dəyişdirilir.

Bütün bu proseslər isə binanın dayanıqlılığına heç bir təsir göstərmir. Bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb.

Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və binanın konstruksiyasında millimetr qədər belə zədə yoxdur. Binada istifadə olunan armaturlar Rusiya istehsalı A500 markadır, beton isə M400 markadır. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur.

Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir. Vətəndaşları yayılan dezinformasiyalara inanmamağa çağırırıq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA tanınmış qida obyektlərini cərimələyib - SİYAHI

AQTA tanınmış qida obyektlərini cərimələyib - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra qida obyektlərini cərimələyib. Bu barədə BAKU.WS-ə AQTA-dan bildirilib. Belə ki, 15-19...

360 Sosial 19:45 24 avqust 2022

Son xəbərlər