QMİ sədri: “Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriət və qayda-qanunlara uyğun şəkildə keçirilir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda Aşura ilə bağlı tədbirlər şəriət və qayda-qanunlara uyğun şəkildə keçirilir”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O, qanvermə aksiyasına ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşların qoşulduğunu xatırladıb.
A.Paşazadə xatırladıb ki, əvvəllər zəncirlə vuraraq qan çıxarmaq halları mövcud olub. Aşura günü ölkədə keçirilən qanvermə aksiyalarından danışan QMİ sədri bildirib:
"İmam Hüseyn də bugünkü qanvermə aksiyalarından razı qalardı. Bu gün qonşu ölkələrdə də qanvermə aksiyaları keçirilib. Kərbəla şəhidləri bizim yaddaşımızdadır və biz bunu heç vaxt unutmayacağıq. Azərbaycan bu gün bütün dünyaya nümunədir”.
Oxşar xəbərlər
QMİ-də Məhərrəm ayı ilə bağlı toplantı keçirilib
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) iyulun 29-da Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. İdarədən BAKU.WS-ə verilən məlumata görə, QMİ sədri Ş...