QMİ bayram namazının saatlarını açıqlayıb

QMİ bayram namazının saatlarını açıqlayıb
Sosial 21

Azərbaycan məscidlərində Ramazan bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Bu barədə BAKU.WS-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər. Namaz vaxtını məscid imamları camaatın istəyinə uyğun olaraq müəyyənləşdirə bilərlər.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram namazı nə zaman qılınacaq? - AÇIQLAMA

Bayram namazı nə zaman qılınacaq? - AÇIQLAMA

“Bayram namazında iştirak etmək istəyənlər səhər saat 8 radələrində məsciddə olurlar”. Bu sözləri Oxu.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müa...

40 Sosial 12:19 04 aprel 2024

Son xəbərlər