Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI

Qanunvericiliyə görə, pərakəndə ticarət fəaliyyəti göstərən subyektlər alıcıya qəbz və ya bank çıxarışı verməyə borcludurlar. Bu, qızıl kimi dəyərli məhsullar üçün də keçərlidir. Lakin demək olar ki, heç bir qızıl mağazalarında bu halla qarşılaşmırıq.
İqtisadçı Rəşad Həsənov bildirib ki, rüblük dövriyyəsi 2000 manatdan yuxarı olan istənilən pərakəndə ticarət müəssisəsi mütləq kassa aparatları və POS-terminallar quraşdırmalıdır.
"Qızıl məhsullarına münasibətdə "Nağdsız ödənişlər haqqında" Qanuna görə, əgər dövriyyə 15 min manatdan yuxarıdırsa, bu şərtlər daxilində ödəniş mütləq nağdsız qaydada həyata keçirilməlidir. Bu, qanunvericiliyin tələbidir", - deyə Rəşad Həsənov qeyd edib.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur.
Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək
Daxili işlər naziri Vilayət Eyvazov ötən gün keçirilən kollegiya iclasında paytaxtda mövcud olan nəqliyyat sıxlığı və tıxaclarla bağlı məsələlərə toxunub. Nazir...