Qızdırmadan ölən qızın babası: "Həkimlər deyirdilər ki, uzağı 20 yaşınadək yaşayacaq"

Qızdırmadan ölən qızın babası: Həkimlər deyirdilər ki, uzağı 20 yaşınadək yaşayacaq
Video
Sosial 78

Salyanda yeniyetmə qız qızdırmadan ölüb.

Bildirilir ki, yaxın qohum evliliyindən dünyaya gələn 2009-cu il təvəllüdlü Zərifə Əlibala qızı Əhmədova serebral iflic xəstəliyindən əziyyət çəkib.

Mərhumun babasının sözlərinə görə, yeniyetmə 17 il ərzində danışa bilməyib və özünü ifadə etmək qabiliyyəti olmayıb. O, yalnız nənə və babasının daimi qulluğu ilə yaşayıb. Yemək və su ehtiyacları belə onun üçün xüsusi qayğı ilə qarşılanıb. Ailə üzvləri bütün bu illər ərzində bir möcüzə olacağına, heç olmasa uşağın dil açıb danışacağına ümid ediblər.

Həkimlərin bildirdiyinə görə, bu cür ağır xəstəlikdən əziyyət çəkən uşaqlar adətən 20 yaşına qədər yaşayırlar. Məlumata əsasən, mərhumun səhhəti son günlərdə daha da ağırlaşıb, bədən hərarəti yüksəlib və nəticədə həyatını itirib.

Qeyd olunur ki, uşağın anası bir müddət sonra onu tərk etsə də, körpəlikdən etibarən bütün qayğısını yaşlı nənə və babası çəkib. O, 17 il ərzində yalnız onların himayəsində böyüyüb.

Son xəbərlər