"Qış parkı"ndakı məşhur restorandan NARAZILIQ: "Hərəkət etmək olmur"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qış parkı"nda fəaliyyət göstərən "Qonaq ol" restoranı sakinlərin sərbəst hərəkətinə çətinlik yaradır.
Sözügedən restoran yay aylarında masa və stullarını bayıra qoymaqla sakinlərin yolunu kəsir.
Belə ki, vətəndaşlar parka keçmək üçün yeraltı piyada keçidindən istifadə edərkən bu halla qarşılaşırlar. Bu səbəbdən onlar masaların arasından keçməyə məcbur qalırlar.
Məsələyə münasibət bildirən sakinlər bu vəziyyətdən narazılıq ediblər. Onların sözlərinə görə, ictimai istifadə üçün nəzərdə tutulan yerlərin bu formada bağlanması yolverilməzdir.
"Belə hallar artıq dəb halını alıb. Narazılıqlar bildirilsə də, tədbir görülmür. Əvvəllər belə şeylər obyekt sahibləri üçün çətin idi, indi isə pul verib istədiklərini edirlər", - deyə sakin bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...