Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - VACİB AÇIQLAMA

Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - VACİB AÇIQLAMA
Foto Açıqlama
Sosial 127

Qış mövsümündə havanın kəskin dəyişməsi, yolların buz bağlaması və ya intensiv qar yağışı nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, bəzən isə ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.

BAKU.WS-in məlumatına görə, gecə saatlarında riskin artması həm dövlət qurumlarının, həm də vətəndaşların daha hazırlıqlı olmasını zəruri edir.

Qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kompleks şəkildə həyata keçirilməlidir.

Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - VACİB AÇIQLAMA

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, həm dövlətin aidiyyəti qurumları, həm də vətəndaşlar qış mövsümünə uyğun şəkildə daha hazırlıqlı olmalıdırlar:

"Artıq ilbəil iqlim dəyişiklikləri müşahidə olunur və bu dəyişikliklər xüsusilə dağlıq regionlarda özünü daha kəskin şəkildə göstərir.

Əgər vətəndaşlar qış aylarında dağlıq ərazilərə istirahət məqsədilə və ya digər səbəblərlə səfər edirlərsə, mütləq şəkildə avtomobillərini mövsümə uyğun hazırlamalıdırlar. Qış təkərlərindən istifadə, təkər zəncirlərinin olması, hava şəraitini nəzərə alaraq alternativ və daha təhlükəsiz marşrutların seçilməsi son dərəcə vacibdir. Bu cür sadə, lakin məsuliyyətli yanaşma bir çox qəzanın qarşısını ala bilər.

Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - VACİB AÇIQLAMA

Digər tərəfdən, dövlət qurumları da son illərin təcrübəsini və statistik göstəriciləri təhlil edərək qabaqlayıcı tədbirləri əvvəlcədən görməlidirlər. Qar təmizləyən texnikaların müvafiq ərazilərdə yerləşdirilməsi, qum-duz ehtiyatlarının öncədən təmin olunması və sürücülər üçün maarifləndirmə işlərinin aparılması vacib şərtlərdən biridir.

Çünki bəzi hallarda yolların vaxtında təmizlənməməsi səbəbindən avtomobillər yolda bloklanır və nəticədə qar təmizləyən texnika hadisə yerinə gedib çıxa bilmir. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir. Ona görə də bu məsələlər kompleks şəkildə həll olunmalı, hər bir tərəf üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Qəzaların olmaması üçün hansı tədbirlər görülməlidir? - VACİB AÇIQLAMA

Dünya təcrübəsinə baxdıqda görürük ki, dağlıq regionlarda istifadə olunan qar təmizləyən texnikalar mütəmadi olaraq yenilənir. Bizdə isə bəzi ərazilərdə texnikanın köhnə olması problemlər yaradır. Halbuki əvvəlcədən məlumdur ki, hansı regionlarda bu texnikaya daha çox ehtiyac var. Bunlar Böyük Qafqaz dağları, Kiçik Qafqaz dağları, Talış dağlarının ətəyi və ətrafında yerləşən bölgələrdir.

Həmin ərazilərdə bir sıra respublika əhəmiyyətli yollar və magistrallar mövcuddur ki, qış aylarında onların fasiləsiz fəaliyyəti üçün müasir və yetərli texnikadan istifadə olunması xüsusilə vacibdir. Bu addımlar atıldığı təqdirdə həm nəqliyyatın təhlükəsizliyi təmin olunar, həm də qəzaların sayı əhəmiyyətli dərəcədə azalar".

Orxan Hüseyn

Son xəbərlər