Qeydiyyatda olan dağınıq skleroz xəstələrinin sayı açıqlandı
"Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və xəstəliklə mübarizə tədbirləri üzrə reyestrdə 2 707 nəfər xəstə qeydiyyata alınıb".
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib. O qeyd edib ki, tibb elminin inkişafı və müasir müalicə yanaşmalarının genişlənməsi nəticəsində dağınıq skleroz xəstələrinin daha effektiv müalicəsi üçün yeni nəsil preparatlara ehtiyac yaranır və bu tələbat dövlət proqramı çərçivəsində təmin olunur:
"Proqram çərçivəsində dağınıq sklerozun müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələri və digər dərman preparatları xəstələrə təqdim olunur".
Oxşar xəbərlər
Azərbaycan Kanadadan mal əti tədarük etməyə başlayıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 39,8 milyon ABŞ dolları dəyərində 9 min 708 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal ed...