Qəbul imtahanlarında iştirak üçün ərizə verən oğlanların sayı qızlardan çoxdur
22
iyn
2019
16:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 82 724 abituriyent ərizə verib. Onların 52.55%-i oğlan, 47.45%-i qız abituriyent olub”.BAKU.WS xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi 2018-ci il üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri təhlilində yer alıb.Bildirilib ki, artıq 6 ildir, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızlarından çox olub: “Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.06%), rus bölməsində isə qızlar (53.09%) sayca üstünlük təşkil edib”.DİM-in apardığı statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub: “Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub”.
Oxşar xəbərlər
Bu tədris ilində bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək
Bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişiklərin edilməsi nəzərdə tutulur.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Dire...