Qəbul imtahanının ballarında artım gözlənilir? - AÇIQLAMA/VİDEO

Qəbul imtahanının ballarında artım gözlənilir? - AÇIQLAMA/VİDEO
Video
Sosial 78

Builki keçid ballarında dəyişiklik gözlənilir.

Bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gələn həftə "Abituriyent 4" jurnalının çap olunması nəzərdə tutulur. Həmin jurnalda plan yerlərinin sayı, çap olunacaq məlumat kitabçasında isə abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq.

Ekspertlər də bildirirlər ki, buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayının çox olması prestijli ixtisaslarda keçid ballarını artıracaq

Təhsil eksperti onu da əlavə etdi ki, müəyyən qruplarda rəqabət güclü olduğu üçün abituriyentlər ixtisas seçimlərində diqqətli olmalıdırlar.

Qeyd edək ki, ali məktəblərə qəbul üçün ixtisas seçimi 9-19 avqust tarixlərində aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Oxşar xəbərlər

Son xəbərlər