Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında YENİLİK
Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda dəyişiklik edib.
Qaydaya əsasən, qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılıb. İndiyə qədər Komissiyanın tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi daxil idi.
Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əvəzləyib.
Oxşar xəbərlər
Qarabağ suvarma kanalı yenidən qurulur
Azərbaycan Prezidentinin imzaladığı "Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncamın...