Qəbələdə istirahət mərkəzinə giriş və çıxışın 50 qəpik tələb olunmasına RƏSMİ AÇIQLAMA
15
avq
2019
17:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonundakı istirahət mərkəzlərinin birində kompleksə giriş və çıxışı üçün turistlərdən 50 qəpik tələb olunur. BAKU.WS xəbər verir ki, bununla bağlı "Facebook" istifadəçilərindən biri sosial şəbəkədə paylaşım edib.O, qeyd edib ki, “Nohurgül” istirahət mərkəzinə daxil olan turistlər 50 qəpik ödəsələr də, çıxışda da eyni qədər pul ödəməli olurlar.Məsələ ilə bağlı Qəbələ rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.İdarənin rəsmisi Zahid Kərimov BAKU.WS-ə açıqlamasında giriş və çıxışda 50 qəpik tələb olunmasını təkzib edib: “Həmin istirahət məkanı adi sahibkar tərəfindən işlədilir. Orada iddia edilən hal mövcud deyil. Bu, kənardan müdaxilə olunan şəkildir və həqiqəti əks etdirmir. Sosial şəbəkələrdə bir xəbər yayılanda digərləri bunun həqiqət olmasını araşdırmadan paylaşırlar. Əslində həmin istirahət mərkəzinin parkinq xidmətinə giriş rahat şəkildədir, yalnız çıxış zamanı 50 qəpik tələb olunur”.Orxan Hüseyn
Oxşar xəbərlər
Bakının elit çimərliklərində 2019-cu il qiymətləri (SİYAHI)
Həftəsonu istirahət məkanları sırasında aquaparklar aktuallaşıb. Onların üstünlüyü odur ki, insanlar həmin məkanlarda bir günlük istirahət etmək imkanı qazanır...