Qəbələdə güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyü avtomobilin üzərinə aşıb
27
fev
2025
18:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyünün avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər müvafiq vasitələrlə avtomobili çökmüş dam örtüyünün altından çıxararaq sahibinə təhvil veriblər.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...