Qazinin torpaq sahəsində yol salıblar: "Aldatdılar ki, sənə başqa yer veriləcək"
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş Nahid Əliyev dövlət tərəfindən ona verilən torpaq sahəsinin üzərindən yol çəkilməsi ilə əlaqədar şikayət edib. O bildirir ki, bu məsələ ilə bağlı icra hakimiyyəti orqanlarına ünvanladığı müraciətlər dəfələrlə cavabsız qalıb.
Nahid Əliyev problemin kökünün illər əvvələ dayandığını qeyd edib:
"1999-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə mənə obyekt verildi. 2008-ci ildə mənim obyektimi sökdülər və aldatdılar ki, sənə başqa yerdən torpaq veriləcək. Dəfələrlə icra hakimiyyətinə müraciət etməyimə baxmayaraq, icra başçısı məni qəbul etmir".
Vətəndaş həmçinin rəsmi qurumlara etdiyi müraciətlər zamanı qarşılaşdığı təzyiqlərdən də danışıb:
"Hər dəfə icra hakimiyyətinə gedəndə üstümə polis göndərir, mənə hədə-qorxu gəlirlər", - deyə o, vəziyyəti izah edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...