Qazı açdı, yerinə su gəldi – Bakıda bina qazsız qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda yaşayış binasında qaz xəttinə su dolması səbəbindən sakinlər iki gündür qazsız qalıb.
BAKU.WS xəbər verir ki, hadisə Əşrəf Əliyev küçəsi 37 ünvanında yerləşən beşmərtəbəli binada baş verib.
Sakinlərin sözlərinə görə, mənzillərdən birində aparılan təmir zamanı su və qaz xətləri səhv birləşdirilib. Nəticədə qaz borusuna su dolub və binanın qaz təchizatında problem yaranıb.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə bildirib ki, əməkdaşlar ərazidə qəzanın aradan qaldırılması üçün iş aparırlar.
Onun sözlərinə görə, üçbloklu binanın iki blokunda qaz təchizatı artıq bərpa edilib. Sonuncu blokda isə qaz xəttindəki suyun çıxarılması istiqamətində işlər davam etdirilir.
Daha ətraflı "Xəzər TV"nin materialında:
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...