Qazdan istifadə edənlərin NƏZƏRİNƏ - Yeni qaydalar imzalandı
Qazdan istifadə qaydaları təsdiq olunub.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmçinin "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ləğv edilib.
Qeyd olunub ki, istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması "ASAN Kommunal" mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək.
Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçiriləcək.
Oxşar xəbərlər
Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
Azərbaycanda yaşa görə əmək pensiyası almaq üçün əsas şərtlərdən biri sığorta stajı və ya tələb olunan pensiya kapitalının olmasıdır. BAKU.WS-in məlumatına gör...