"Qazaxıstan" telekanalı Azərbaycanla birgə media layihələrində maraqlıdır
"Qazaxıstan" telekanalı Azərbaycan telekanalları ilə əməkdaşlığın genişləndirilməsində, o cümlədən birgə media layihələrinin həyata keçirilməsində və kontent mübadiləsində maraqlıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qazaxıstan" telekanalının İdarə Heyəti sədrinin müavini Erkin Muxametjanov müsahibəsində bildirib.
Onun sözlərinə görə, telekanal Türk dünyası ölkələrinin, o cümlədən Azərbaycanın media qurumları ilə sıx əlaqələrə malikdir.
"Biz bunda maraqlıyıq və azərbaycanlı qardaşlarımızla, qardaş xalqların televiziyası ilə sıx əməkdaşlığa hazırıq", - Muxametjanov Daşkənddə keçirilən Beynəlxalq Media Forumu çərçivəsində bildirib.
O qeyd edib ki, "Qazaxıstan" telekanalı ilə Azərbaycanın dövlət telekanalı arasında əməkdaşlıq memorandumu qüvvədədir.
Muxametjanov həmçinin bildirib ki, "Qazaxıstan" telekanalının Türk xalqlarının mədəni irsinə həsr olunmuş sənədli filmi efirə getdikdən sonra Azərbaycanda da nümayiş etdirilə bilər.
"Bu, sadəcə vaxt məsələsidir. Əvvəlcə filmi öz auditoriyamıza təqdim edəcək və onun reaksiyasını öyrənəcəyik", - o qeyd edib.
Türk dünyasının ortaq telekanalının yaradılmasından danışan Muxametjanov bu ideyanın artıq uzun illərdir müzakirə olunduğunu xatırladıb.
"Biz məzmun mübadiləsi vasitəsilə bir-birimizi dəstəkləyə, çəkiliş meydançaları təqdim edə və lazımi köməklik göstərə biləcəyik", - o bildirib.
Muxametjanov vurğulayıb ki, "Qazaxıstan" telekanalının sənədli layihəsi Türk xalqlarının ortaq mədəni əlaqələrinin nümayiş etdirilməsinə xidmət edir.
"Bu layihə ilə bizi yalnız tarix və dilin deyil, həm də mədəniyyət sahəsində sıx əlaqələrin birləşdirdiyini bir daha sübut etmək istəyirik", - o əlavə edib.
Oxşar xəbərlər
Fuad Hüseynəliyev: Süni intellekt gənclərə tarixi çatdırmaqda mühüm vasitə ola bilər
Süni intellekt texnologiyası Teymurilər sülaləsinin tarixini gənclər arasında populyarlaşdırmaq üçün effektiv alət ola bilər. BAKU.WS xəbər verir ki, bu barədə...