Qazaxın azad olunmuş kəndlərində aşkarlanan minaların sayı AÇIQLANIB
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunun işğaldan azad olunmuş kəndlərində indiyədək 157 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
BAKU.WS xəbər veir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Bildirilib ki, aparılan əməliyyatlar nəticəsində 995 ədəd piyada əleyhinə mina, 97 ədəd tank əleyhinə mina, 48 ədəd partlamamış hərbi sursat olmaqla ümumilikdə 1 140 ədəd mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Qeyd edək ki, Qazax rayonunun Ermənistan tərəfindən 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri bu ilin mayında Azərbaycana geri qaytarılıb.
Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...