Qarşısı alınan erkən nikahla bağlı valideynlərə xəbərdarlıq edilib, azyaşlı nəzarətə götürülüb

Qarşısı alınan erkən nikahla bağlı valideynlərə xəbərdarlıq edilib, azyaşlı nəzarətə götürülüb
Sosial 8

Ötən gün qarşısı alınan erkən nikah səbəbkarları, yəni valideynlər Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb, izahatları alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Bildirilib ki, azyaşlı və valideynlərinə eyni zamanda qarşı tərəf və onun valideyinlərinə qanunvericiliyin tələbləri izah olunaraq onlara xəbərdarlıq olunub. Onlar əməllərindən peşman olduqlarını bildirərək, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər.

Azyaşlı və onun ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Rayon İcra Hakimiyyətinin həmçinin rayon polis şöbəsinin nəzarətində saxlanılmaqla peşə təhsilini davam etdirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər