Qaradağda 13 avtomobilin əzildiyi yerə beton düzüldü - FOTO

Qaradağda 13 avtomobilin əzildiyi yerə beton düzüldü - FOTO
Foto
Sosial 128

İyunun 18-də Bakı-Qazax yolunun 30-cu kilometrliyində zəncirvari qəzanın baş verdiyi ərazidə qabaqlayıcı tədbirlər görülüb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Sahil qəsəbəsi yaxınlığındakı mağazanın ön hissəsinə beton arakəsmələr yerləşdirilib. Beləliklə, magistral yol ilə mağazanın önündəki parkın ərazisi arasındakı birbaşa əlaqə ləğv edilib.

Sürücülər isə təhlükəli vəziyyətin hələ də davam etdiyini, sürətli yolda marketə görə bir çox avtomobillərin sürətini azaltmasının ciddi təhlükə yaratdığını bildirirlər.

Qeyd edək ki, iki həftə əvvəl baş vermiş hadisə zamanı ağırtonnajlı yük maşını marketə yaxınlaşmaq istəyərkən sürətini azalda bilməmiş və 13 avtomobili əzmişdi.

Oxşar xəbərlər

Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR

Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR

Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...

275 Sosial 18:05 21 iyun 2023

Son xəbərlər