Qarabağın gələcəyinə töhfə verən təhsil ocağı: "Buraya gəldiyim üçün çox sevinirəm"
Baku TV Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbindən reportaj hazırlayıb.
Müasir infrastrukturla təmin olunan təhsil müəssisəsində şagirdlər üçün hər cür şərait yaradılıb və gələcək nəsillərin yetişməsi istiqamətində mühüm addımlar atılır.
Direktor Eldəniz Məhərrəmov bildirib ki, məktəb 624 şagird yerlikdir və 2026-cı il yanvarın 12-də yenidən fəaliyyətə başlayıb.
Şagirdlər isə Xankəndidə yaşamaqdan və təhsil almaqdan məmnun olduqlarını söyləyiblər.
"Buraya gəldiyim üçün çox sevinirəm. Böyüyəndə polis olmaq istəyirəm", - deyə 3-cü sinif şagirdi Məhəmməd Məmmədli söyləyib.
Oxşar xəbərlər
Kartınız bir anda boşaldıla bilər: Fırıldaqçılardan qorunmağın ən sadə yolu açıqlandı
Son illərdə qlobal maliyyə sistemində müşahidə olunan dəyişikliklərdən biri də virtual kartların sürətlə yayılmasıdır. Rəqəmsallaşmanın artması, e-ticarətin gen...