Qarabağdan daha 16 nəfərə aid insan qalığı aşkarlanıb
08
okt
2026
09:54
"Bu gün biz hissə-hissə insan qalıqlarını sıldırım dağların ətəklərindən yığırıq".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan paneldə bildirib.
O deyib ki, təbiət hadisələri, vəhşi heyvanlar bu qalıqların yerini dəyişməsinə səbəb olur: "3 gün əvvəl Qarabağdan geri qayıtmışıq. Daha 16 nəfərə aid insan qalığı tərəfimizdən aşkarlanıb".
Oxşar xəbərlər
Gəncəyə üçüncü dəfə raket atılmasından altı il keçir
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəyə üçüncü raket hücumundan altı il ötür. BAKU.WS xatırladır ki, bu, gecə saatlarında Gəncəyə endi...