Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Bəhruz Nuriyev küçəsində, Heydər Əliyev parkı ətrafında yol hərəkətinin təşkili ilə bağlı mövcud problemlər və onların alternativ həlli yollarından bəhs edilib.
Bildirilib ki, qeyd olunan küçə ilə hərəkət edən avtomobillər parkın əks tərəfinə keçmək üçün iki işıqfor və üç kəsişmədən keçmək məcburiyyətində qalırlar.
Qeyd edilib ki, problemin kifayət qədər sadə həlli yolu mövcuddur. Belə ki, yük avtomobillərinin zəbt etdiyi ərazidən geridönmə yeri təşkil etmək olar. Bu metodun uğurlu nümunələri artıq paytaxtın bir neçə nöqtəsində - Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsi, Şəmsi Bədəlbəyli küçəsi, eləcə də Qış parkının ətrafında tətbiq edilib.
Əlavə edilib ki, Bəhruz Nuriyev küçəsində hərəkətin bu qaydada yenidən təşkili Qara Qarayev prospektindəki ümumi yüklənməni azaldacaq və ərazidə qəza riskini minimuma endirəcək.
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA
Mayın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əksər rayon...