Qar yağacaq - Sabahın hava proqnozu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturugecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Oxşar xəbərlər
İstirahət günlərində gözlənilən hava proqnozu
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən m...