Qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlandı - VİDEO

Qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlandı - VİDEO
Foto Video
Sosial 273

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininin (AQTA) Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı gigiyenik tələblərə cavab verməyən, anti-sanitar şəkildə hazırlanan limonad sexi aşkarlanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Məhsəti qəsəbəsində Verdiyev Balakişi Mürsəl oğluna məxsus “Üç Bulaq” adı altında hazırlanan limonad məhsullarının heç bir gigiyenik tələblərə cavab vermədiyi, sanitar norma və tələblərdən uzaq şəkildə istehsal edildiyi təsdiqlənib.

Aparılan monitorinq nəticəsində məlum oldu ki, limonad şüşələri məişət tullantılarının atıldığı ərazilərdən yığılır və bu sexdə yuyularaq yenidən istehsala buraxılır.

Gizli bir həyətdə, olduqca qapalı şəraitdə istehsal edilən bu limonadların gündəlik istehsal gücü təxminən 800 ədəd təşkil edir. Artıq şəhərin müxtəlif ticarət mərkəzləri və marketlərə paylanılıb.

AQTA-nın əməkdaşları tərəfindən bu limonadların satışdan çıxarılması prosesinə başlanılıb.

Bundan əlavə limonadların hazırlanmasında istifadə edilən qida əlavələri Qida Təhlükəsizlik İnstitutunun müvafiq laboratoriyalarında müayinədən keçiriləcək.

Reyd zamanı limonad sexinin fəaliyyəti məhdudlaşdırılıb və avadanlıqlara blom vurulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər