Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: İnsanları donor olmağa çağırıram
Yeniliklərdən dərhal xəbərdar olun
Qafqazda ilk ürək transplantasiyası icra edilən şəxs insanlara donor olmaqla bağlı çağırış edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev bu çağırışı "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu vurğulayıb:
"Əməliyyatdan sonra normal həyatıma davam edirəm. Hər şey yaxşıdır. Ümid edirəm ki, bütün xəstələr tezliklə şəfa tapar".
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...