Qadınlara qarşı əxlaqsız təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın sərnişinlərə qarşı qeyri-etik təkliflər edən 8 taksi sürücüsü məsuliyyətə cəlb edilib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub.
Onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
"Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir, daxil olan bütün müraciətlərə çevik reaksiya verilir", - DİN-in məlumatında bildirilib.
Oxşar xəbərlər
AQTA tanınmış qida obyektlərini cərimələyib - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra qida obyektlərini cərimələyib. Bu barədə BAKU.WS-ə AQTA-dan bildirilib. Belə ki, 15-19...