Qadınlar yaxşı sevgililəri tanımaq üçün qeyri-adi əlamətləri açıqladı

Qadınlar yaxşı sevgililəri tanımaq üçün qeyri-adi əlamətləri açıqladı
Sosial 99

Qadınlar kişilərdə yaxşı sevgili olduqlarını göstərən gözlənilməz xüsusiyyətləri açıqlayıblar.

BAKU.WS xəbər verir ki, onlar bu barədə Reddit forumunun AskReddit bölməsində öz təcrübələrini bölüşüblər.

Bir çox istifadəçi bildirib ki, cinsi münasibət mövzusundan kənar maraqlı söhbət apara bilmək kişidə diqqətli və anlayışlı sevgili olduğunu göstərir.

"Əgər o, mənə qarşı mehribandır və mənimlə söhbət etməyi bacarırsa, bu, onun yaxşı sevgili olduğunu göstərir. Çox oğlan yalnız özlərindən danışır. Amma bir kişi mənimlə normal dialoq qurursa, adətən hər şey yaxşı olur," – deyə question_girl617 adlı istifadəçi yazıb.

Başqa qadınlar hesab edir ki, yaxşı sevgilini səxavət fərqləndirir.

"O, insanlara qarşı səxavətlidir və başqalarını özündən üstün tutur. Bu mütləq pul baxımından deyil, diqqət baxımındandır. Məsələn, yeməyini sizinlə bölüşürmü? Soyuduğunuzu hiss edir və reaksiya verirmi? Başqalarının ehtiyaclarına qarşı nə dərəcədə həssasdır?" – deyə AppropriateLeg6419 paylaşımında qeyd edib.

Daha bir qadın isə bildirib ki, yaxşı sevgililər öz əllərinə xüsusi diqqət yetirirlər.

"Biləndə ki, həyat yoldaşım dırnaqlarını kəsir, anlayıram ki, bizi yaxşı nəsə gözləyir. Təbii ki, bəzən spontan olur. Amma əgər o, qabaqcadan hazırlaşırsa, mütləq dırnaqlarını kəsir. Bu, onun diqqətinin və hazırlıqlı olmasının göstəricisidir – o, mənim rahatlığımı təmin etmək üçün əlavə addım atmaqdan çəkinmir," – deyə lzharsh adlı istifadəçi yazıb.

Qeyd edək ki, daha əvvəl də internet istifadəçiləri uğursuz sevgi tanışlıqları haqda danışıblar. 

Son xəbərlər