Psixoloqdan gözlənilməz açıqlama: Arıqlamağın sirri pəhrizdə deyil
Artıq çəkidən xilas olmaq istəyən insanların əsas motivasiyası özünə nifrət və ya utanc hissi deyil, sağlamlığına qayğı göstərmək olmalıdır.
BAKU.WS-in məlumatına görə, psixoloqlar hesab edirlər ki, davamlı və sağlam arıqlama məhz düzgün psixoloji yanaşmadan başlayır.
Psixoloq Nataliya Lebedevanın sözlərinə görə, arıqlamaq istəyinin arxasında duran səbəb bu prosesin uğuruna birbaşa təsir edir:
"Əgər insan qidalanmasına şüurlu şəkildə nəzarət edir və bunu sağlam həyat tərzinin bir hissəsi kimi qəbul edirsə, nəticə əldə etmək daha asan olur. Lakin məqsəd yalnız xarici görünüşdən narazılıq və ya özünü başqalarından zəif hesab etməkdirsə, ilk növbədə psixoloji problemlərin həlli vacibdir.
İnsan özünü dəyərsiz hesab edərək düşünürsə ki, yalnız arıqladıqdan sonra xoşbəxt və ya uğurlu olacaq, bu yanaşma düzgün deyil. Onun fikrincə, belə hallarda əvvəlcə düşüncə tərzi və özünə münasibət dəyişməlidir. Arıqlamaq isə bu prosesin təbii nəticəsinə çevrilə bilər".
Psixoloqun sözlərinə görə, sağlam dəyişikliklər insanın özünü olduğu kimi qəbul etməsi ilə başlayır. O vurğulayır ki, hər kəs öz dəyərini anlamalı, özünü daim başqaları ilə müqayisə etməkdən çəkinməlidir. Bu yanaşma həm bədənə, həm də xarici görünüşə daha sağlam münasibətin formalaşmasına kömək edir.
Lebedeva qeyd edir ki, insan özünü qəbul etdikdən sonra artıq çəki ilə mübarizəyə də fərqli yanaşır. Bu zaman arıqlamaq xarici görünüşü dəyişmək cəhdi deyil, sağlamlığın qorunmasına yönəlmiş məqsədə çevrilir.
Psixoloq daha bir məqama da diqqət çəkib. Onun sözlərinə görə, insanlar xüsusilə gənc yaşlarında öz görünüşlərini həddindən artıq tənqid etməyə meyilli olurlar. İllər keçdikdən sonra isə həmin narazılıqların əksəriyyətinin əsassız olduğunu anlayırlar.
Mütəxəssis hesab edir ki, insanın özünü dəyərli hiss etməsi, gördüyü işi sevməsi və ətrafındakı insanlarla sağlam münasibətlər qurması özünəinamın möhkəmlənməsində mühüm rol oynayır. Bu isə həm psixoloji rifahı, həm də sağlam həyat tərzini qorumağa kömək edir.
Oxşar xəbərlər
"Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
Nazirlər Kabineti "Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib. BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yen...