Psixoloq azyaşlıya şiddət tətbiq edib? Sakinlərdən sərt mövqe

Psixoloq azyaşlıya şiddət tətbiq edib? Sakinlərdən sərt mövqe
Video
Sosial 32

Sosial şəbəkələrdə yayılan psixoloqun azyaşlıya şiddət tətbiq etməsi görüntüləri bu sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

BAKU.WS xəbər verir ki, Baku TV-nin keçirdiyi sorğu zamanı vətəndaşlar arasında psixoloqları sərt şəkildə qınayanlar da var, övladını psixoloqa aparan valideynləri tənqid edənlər də.

Məsələ ilə bağlı açıqlama verən vətəndaşlar psixoloqların uşaqlara münasibətinin nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıblar.

Sakinlərdən biri psixoloq olmaq üçün yalnız sertifikat əldə etməyin kifayət etmədiyini, uşaqlarla işləyən şəxslərin peşəkarlığının ciddi şəkildə yoxlanılmalı olduğunu bildirib.

Mütəxəssislərin fikrincə, bu sahədə çalışan şəxslər dövlət tərəfindən müəyyən edilmiş mərkəzlərdə sertifikasiyadan keçirilməli və müvafiq icazə almalıdırlar.

Bildirilib ki, bu sahəyə ciddi dövlət nəzarəti tətbiq olunarsa, qeyri-peşəkar fəaliyyət göstərən şəxslərin sayı azalacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər