Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir
İtlə birlikdə yaşamaq insanın həm fiziki, həm də psixoloji sağlamlığı üçün faydalı ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış psixiatr Xavyer Kintero "El Confidencial" nəşrinə bildirib.
Onun sözlərinə görə, evdə it saxlamaq insanı daha aktiv həyat tərzinə sövq edir.
Psixiatr qeyd edb ki, itlə müntəzəm gəzintiyə çıxmaq hərəkətsiz həyat tərzinin mənfi təsirlərini azaltmağa, fiziki aktivliyi artırmağa və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Mütəxəssis həmçinin itin sığallanmasının insanın emosional vəziyyətinə müsbət təsir göstərə biləcəyini qeyd edib. Onun sözlərinə görə, ev heyvanı ilə təmas zamanı orqanizmdə stress hormonu kimi tanınan kortizolun səviyyəsi azala, insanlarda emosional bağlılıq, sakitlik və rifah hissi ilə əlaqələndirilən oksitosinin səviyyəsi isə arta bilər.
Psixiatr hesab edir ki, itlə yaşamaq xüsusilə gündəlik fiziki aktivliyin və sosial əlaqələrin artmasına şərait yaratdığı üçün psixi sağlamlığın qorunmasına da müəyyən töhfə verə bilər.
Bununla belə, Kintero vurğulayıb ki, ev heyvanlarının insanın psixoloji vəziyyətinə müsbət təsiri həkim tərəfindən təyin olunan müalicəni əvəz etmir. Psixi problemləri olan şəxslər mütəxəssis tərəfindən təyin edilmiş dərman və psixoterapiyadan imtina etməməlidirlər.
Oxşar xəbərlər
Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün Bakının Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq....