Prokurorluqda qulluq keçmə yaş həddi qaldırıldı – Yeni dəyişiklik qəbul edildi

Prokurorluqda qulluq keçmənin yaş həddi artırılır.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.
Layihəyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının son yaş həddi 65 yaş olacaq.
Həmçinin prokurorluq işçisi prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda prokurorluq işçisinin qulluq keçməsinə xitam veriləcək.
Bundan əlavə, mövcud qanunvericiliyə əsasən, məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilən şəxslər ixtisas imtahanlarından azad oluna bilərlər və bu halda onlarla müsahibə aparılır. Prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar attestasiyadan keçdikdən sonra verilir.
Təklif edilən dəyişikliyə əsasən, prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar müsahibədən keçdikdən sonra veriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Bakının mərkəzində SÖKÜNTÜ: Bəzi ərazilər yenidən qurulur, MÜHÜM YENİLİK olacaq
Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını birləşdirən yeni avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112...
