Prezident İlham Əliyev Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
***
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin...
