Prezident Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsini təsdiqləyib
Prezident Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanunu təsdiqləyib.
BAKU.WS xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (bu illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.
Xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.
DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.
Oxşar xəbərlər
"Temu"da Zəfər Günümüzlə bağlı QALMAQALLI MƏHSULLAR - Görün nə satırlar...
Son zamanlarda Azərbaycanda populyarlaşan "Temu" onlayn alış-veriş platformasında üzərində 8 Noyabr - Zəfər Günü yazılı, milli simvollarımız əks olunmuş hamam a...