Prezident Administrasiyasına edilən şikayətlərin sayı artıb

Prezident Administrasiyasına edilən şikayətlərin sayı artıb
Sosial 965

 

"2015-ci ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 43,8 və 56,2 faiz təşkil edib".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib. Onun sözlərinə görə, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər.

"Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Ağdaş, Astara, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Masallı, Neftçala, Şabran, Tovuz, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur.

Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində daxil olmuş müraciətlərin 27,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 72,9 faizi isə bilavasitə vətəndaşlardan daxil olub. Vətəndaşlardan bilavasitə daxil olan müraciətlərin sayı Mərkəzi Bank, "Azərişıq”, "Azərenerji”, "Azneftkimyamaş” ASC-lərdə, "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatında daha az olub".

Şöbə müdiri qeyd edib ki, 2015-ci ildə dövlət orqanlarının mərkəzi aparatlarına daxil olmuş müraciətlər 2014-cü illə müqayisədə 4,8 faiz azalıb. Həmin müraciətlərin 70 faizi ərizə, 29,5 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir. 

S.İsmayılov əlavə edib ki, bəzi mövzular üzrə isə şikayətlərin sayı artıb: "Bunlardan bank əməliyyatları, kreditlər, sığorta məsələləri, aqrolizinq, baytarlıq və fitosanitar xidmət, istehlak məhsullarının keyfiyyəti və qiymətləri, otlaq və örüş sahələrinin verilməsi, orta təhsil, sərnişin nəqliyyatı məsələləri, əməkhaqqı və əmək mübahisələri, zəbt olunmuş mənzillərin boşaldılmaması, məhkəmə qərarlarının icrası, icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, vəzifəli şəxslərin, milli təhlükəsizlik orqanlarının, bələdiyyələrin fəaliyyəti və digər məsələləri qeyd etmək olar". 

BAKU.WS

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yer...

839 Şou-biznes 14:00 10 yanvar 2016

Son xəbərlər