"Port Baku"nun yanında metro stansiyası olacaq
Azərbaycan paytaxtında Bakıda "Port Baku" kimi tanınan ərazidə yeni metro stansiyasının inşası nəzərdə tutulur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metronun "Xətai" stansiyasının yaxınlığında "Yaşıl xətt"ə əlavə keçid imkanı yaradılması nəzərdə tutulur.
"Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq", - deyə metro rəsmisi əlavə edib.
Oxşar xəbərlər
"Gəldim ki, hamısını alıblar, mənə heç nə çatmayıb" - Ucuzlaşan yumurta qiymətlərinə sakinlərdən REAKSİYA
Son günlər marketlərdə diqqətçəkən dəyişikliklərdən biri yumurta qiymətlərinin kəskin ucuzlaşmasıdır. Bəzi satış məntəqələrində yumurtanın hətta bir qəpiyə təkl...