Polkovnik İlqar Mirzəyevin anası şəhid valideynlərinə müraciət etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən bu gün həm kədərlənirəm, həm də sevinirəm. Sevinirəm ki, onların qanı yerdə qalmadı. Müzəffər Ordumuz torpaqları düşmən tapdağından azad edərək onların ruhunu şad etdi”.
BAKU.WS Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin anası Gülnarə Mirzəyeva anım tədbirində çıxışı zamanı səsləndirib.
Şəhid anası hər zaman oğlu ilə fəxr etdiyini qeyd edərək bütün şəhid analarına səslənib.
“O, vaxtından əvvəl mayor rütbəsi alanda mən öz adımı general anası qoydum. Sevincimdən göylərdə uçurdum. Balam indi ondan da yüksək zirvələrə qalxdı. Əziz şəhid anaları, baxmayaraq ki, bizim qəlbimizdə sağalmaz yaramız var, amma başımızı dik tutmalıyıq. Çünki bizə şəhid anası adını bəxş ediblər. Bundan uca, müqəddəs ad ola bilməz” , - deyə qeyd edən G.Mirzəyeva tək onların deyil, bütün Azərbaycan xalqının Milli Qəhrəmanlarımızla fəxr etdiyini qürurla bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...