Polisi döyən deputatın məsələsi Milli Məclisin iclasında müzakirəyə çıxarılır
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sessiyanın ilk plenar iclasının avqustun 3-də keçilməsi nəzərdə tutulur.
İclasda deputat Eldəniz Səlimovun məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Oxşar xəbərlər
Ucuz avtomobillər satışa çıxarılır - "Land Cruiser" 15500, "Maxima" 4000 AZN - QİYMƏTLƏR
18 may 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 61 nəqliyyat vasitəsi çıxarılıb. Qey...