Polisdən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
18
apr
2019
12:19
Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ildən artıqdır ki, fəaliyyət göstərir.Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "facebook", “instagram ”, "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki (https://www.facebook.com/mia.gov.az/) İnstagram – azerbaycan.din keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan)
Oxşar xəbərlər
ARB 24-ün keçmiş əməkdaşları telekanal adından sui-istifadə edirlər - AÇIQLAMA
Qısa müddət ərzində izləyicilərin böyük rəğbətini qazanan Azərbaycanın ilk və yeganə biznes xəbər kanalı "ARB 24" hər ötən gün daha çox tamaşaçı kütləsi toplama...