Polis maşınları satışa çıxarıldı - 50 % endirimlə

İyulun 29-da Əmlak Xidmətləri Məkanında 12 ədəd BMW markalı avtomobil hərraca çıxarılacaq.
BAKU.WS-in məlumatına görə, bu nəqliyyat vasitələri əvvəllər keçirilmiş satışda alıcı tapmadığı üçün artıq 5-ci dəfə 50 faiz endirimlə satışa təqdim olunur.
Hərraca çıxarılan bəzi avtomobillər:
BMW 328I (2013–2014-cü illər), dövlət nömrə nişanları: 77AP620, 77AP630, 77AP214, 77AP690 və s.
BMW 535I (2014-cü il), dövlət nömrə nişanları: 77YC655 və 77AP731
12 ədəd birgə satışa çıxarılan avtomobillərin ən yüksək start qiyməti – 45 000 manat, beh isə 10% olmaqla 4 500 manatdır.
Əmlakla öncədən tanış olmaq istəyənlər üçün bu imkan əlaqəli şəxs tərəfindən yaradılır. Ətraflı məlumatı auksion.gov.az saytından və ya (012) 311-01-60 (daxili: 1758, 1709, 1706, 1705) telefon nömrələrindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Ag...
