Peşə təhsili müəssisəsinin vəzifələri artırıldı

Peşə təhsili müəssisəsinin vəzifələri artırıldı
Sosial 188

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.

BAKU.WS xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, peşə təhsili müəssisəsinin vəzifələri artırılıb.

Bundan sonra peşə təhsili müəssisəsi təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə yanaşı, habelə təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək.

Eyni zamanda peşə təhsili müəssisəsi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər