Peşə təhsil müəssisələrinə işə qəbulla bağlı vakansiya seçimi mərhələsinə start verilib
2025/2026-cı il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.
Bu barədə "Report"a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.
Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplayan namizədlər 25 avqust saat 18:00 tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.
Oxşar xəbərlər
İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 8 000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb
Azərbaycanın azad edilmiş ərazilərində indiyədək 2 500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8 000 kVt-dan çox olan günəş panellə...