Pərviz Bülbülə kriminal meyxana sifarişləri ilə bağlı AÇIQLAMA YAYDI - FOTO

Pərviz Bülbülə kriminal meyxana sifarişləri ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
Sosial 904

Meyxanaçı Pərviz Bülbülə kriminal aləmlə bağlı göndərilən meyxana sifarişləri barədə açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, meyxanaçı bununla bağlı instaqram hesabında yazı paylaşıb.

Pərviz kriminal aləmlə bağlı ifaların məclislərdə ondan sifariş olunmamasını xahiş edib:

"İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlıq və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan bu kimi müraciət və sifarişlərin tələb olunması qanuna müvafiq deyil. Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm".

Son xəbərlər