Pensiyaya daha tez çıxmaq istəyən qadınlara SEVİNDİRİCİ XƏBƏR
Üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiya çıxmaq hüququnun verilməsi təklif olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.
Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: "Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiyaya çıxmaq hüququ var.
Oxşar xəbərlər
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək?
Sosial şəbəkələrdə yayılan görüntülərdə müştəri bildirir ki, 65 manata "A klass" adı ilə aldığı çantanın çox qısa zamanda rəngi gedib. "A klass" adlanan məhsull...