Pensiyaçılara Novruz sürprizi
Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, belə ki, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.
2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 299 946 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,8 faizini əlilliyə görə, 11,1 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
BAKU.WS
Oxşar xəbərlər
Fond pensiyaçılarla bağlı göstəriciləri açıqladı
Mart ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayında əlavə olaraq 19 979 sığortaolunana fərdi şəxsi hesab açılıb. D...